8 C
Baku
Wednesday, October 30, 2024

Azərbaycan bankları bir ildə 86 yeni bankomat quraşdırıb

2021-ci ilin mart ayına Azərbaycanda banklar tərəfindən quraşdırılan bankomatların sayı 2 763 ədəd təşkil edib.

Banker.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, 1 ay ərzində banklar tərəfindən 16 yeni bankomat quraşdırılıb. İllik müqayisədə isə 86 yeni bankomat quraşdırılıb.

Bununla yanaşı, Bakıda mart ayında bankomatların sayı 1 451, regionlarda isə 1 312 olub. İllik müqayisədə Bakıda 3, regionlarda isə 83 yeni bankomat quraşdırılıb.

Son xəbərlər
Digər xəbərlər