Azərbaycanda 2021-ci ilin iyun ayında bank işçilərinin sayı 18 993 nəfər olub.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2021-ci ilin may ayında isə bank sektorunda çalışan işçilərin sayı 18 901 nəfər təşkil edib ki, bu da aylıq müqayisədə cari ilin iyun ayında 92 nəfərin artması deməkdir.
2020-ci ilin iyununda isə bank işçilərinin sayı 18 400 nəfər olub. İllik müqayisədə bu il bank işçilərinin sayı 593 nəfər artıb.