6 C
Baku
Sunday, January 29, 2023

Azərbaycan bankları kredit faizlərindən 2 milyarda yaxın gəlir əldə edib

2022-ci ilin ilk 10 ayında (yanvar-oktyabr) Azərbaycan bankları kreditlər üzrə 1 795.6 milyon manat faiz gəlirləri əldə ediblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 401.3 milyon manat və ya 29% çoxdur.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan bankları depozitlər üzrə 367.6 milyon manat faiz ödəyiblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70.4 milyon manat və ya 24% çoxdur.

Bu ilin 10 ayında faizlər üzrə xərcləri isə 528.7 milyon manat olub. Bu xərc ötən ilin eyni dövründə 448 milyon manat idi.

Son xəbərlər
Digər xəbərlər
X