Azərbaycan banklarının tələbi son 7 ayın minimumuna düşdü

15 yanvar 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) 50300389S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 168 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 10 investor tərəfindən qiyməti intervalı 96.6183 (7.50%) və  97.3913  (5.74%) olan 16 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 293.08 mln. manat olmuşdur. Qeyd edək ki, sonuncu dəfə iyun ayından bu tərəfə ən aşağı göstəricidir. Məsələn, ötən ilin iyun ayının 10-da 98.27 mln. manat tələb olmuşdu. Ondan sonrakı hərracların hər birində 300 mln. manatdan yuxarı olub.

Notlara tələb son bir ayda:

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 97.3868 (5.75%), orta ölçülmüş qiyməti isə 97.3868 (5.75%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 120 mln. manat təşkil etmişdir.

Notların ödəmə tarixi 2 fevral 2021-ci ildir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.