21 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

Azərbaycan banklarına ən çox hansı rayonlar əmanət yerləşdirirlər?

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycanda 2021-ci ilin iyul ayının 1-nə olan statistikaya əsasən, ölkədə regionlar üzrə cəlb olunmuş əmanətlər 8 milyard 435 milyon manat təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Regionlar üzrə cəlb olunmuş əmanətlərin həcminə görə, bunun 7 milyard 499 milyon manatı Bakı şəhərinin sakinlərinə məxsusdur. Rəqəmlərdən göründüyü kimi, paytaxt ilə ölkənin digər iqtisadi rayonu arasında kəskin bir fərq ortaya çıxır.

2021-ci ilin iyun ayına olan statistikaya görə, regionlar arasında bankda əmanəti olanlar sayında Bakıya yaxınlığı ilə seçilən Abşeron iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 261 milyon 585 min manat pulu var.

Gəncə-Qazax iqtisadi rayonunda yaşayan əhalinin banklarda 194 milyon 62 min , Aran iqtisadi rayonunda yaşayan 175 milyon 266 min manat bank əmanətinə sahibdir.

Lənkəran əhalisi banklara 76 milyon 571 min manat pul qoyub. Quba-Xaçmazda yaşayanların isə bankda cəmi 73 milyon 890 min manat pulu var.

Şəki-Zaqatalada yaşayanlar 61 milyon 414 min manat pulunu banklara etibar edib. Naxçıvan sakinləri isə banklara 53 milyon 662 min manat  yerləşdirib.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər