23 C
Baku
Cümə axşamı, Sentyabr 23, 2021

Azərbaycan banklarına ən çox hansı rayonlar əmanət yerləşdirirlər?

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycanda 2020-ci ilin dekabr ayının 1-nə olan statistikaya əsasən, ölkədə regionlar üzrə cəlb olunmuş əmanətlər 8 milyard 178 milyon manat təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Regionlar üzrə cəlb olunmuş əmanətlərin həcminə görə, bunun 7 milyard 336 milyon manatı Bakı şəhərinin sakinlərinə məxsusdur. Rəqəmlərdən göründüyü kimi, paytaxt ilə ölkənin digər iqtisadi rayonu arasında kəskin bir fərq ortaya çıxır.

2020-ci ilin dekabr ayına olan statistikaya görə, regionlar arasında bankda əmanəti olanlar sayında Bakıya yaxınlığı ilə seçilən Abşeron iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 196 milyon 214 min manat pulu var.

Aran iqtisadi rayonunda yaşayan əhalinin banklarda 177 milyon 309 min, Gəncə-Qazax iqtisadi rayonunda yaşayan 161 milyon 785 min manat bank əmanətinə sahibdir.

Lənkəran əhalisi banklara 66 milyon 604 min manat pul qoyub. Şəki-Zaqatalada yaşayanların isə bankda cəmi 64 milyon 696 min manat pulu var.

Naxçıvan sakinləri isə banklara 77 milyon 512 min manat  yerləşdirib. Quba-Xaçmazda yaşayanlar 59 milyon 2 min manat pulunu banklara etibar edib.

Məlumat üçün onu da qeyd edək ki, bu vəsaitlərin 4 milyard manatı milli valyutada olan əmanətlərdir və orta faiz dərəcəsi 4.80% təşkil edir. 4 milyard manat həcmində əmanətlər isə xarici valyutadadır və onun orta faiz dərəcəsi 1.38 faizdir.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər