13 C
Baku
Thursday, April 18, 2024

Azərbaycan banklarına fişinq hücumu davam edir

Kapitalbank və digər bankların müştərilərinə fişinq hücumu davam edir

Əvvəl xəbər verdiyimiz fişinq hücumlarının qarşısı alındıqdan sonra, Instagram sosial şəbəkəsində eyni fişinq hücumuna başqa reklam kampaniyası ilə və başqa bir domen adı ilə yenidən start verilib. Bu dəfə reklam “Kapital’az” istifadəçisi tərəfindən yerləşdirilib. Xatırladaq ki, bu tip kampaniya və hücum cəhdləri artıq onuncu dəfədən çoxdur ki, müşayət olunur. Hər dəfə şikayətlərin nəticəsində, bir qədər gec də olsa, reklam kampaniyalar dayandırılırması və fişinq üçün istifadə olunan domen adlarının bloklanmasına baxmayaraq, göründüyü kimi, bu addımlar hücumun tam dayandırılması ilə nəticələnə bilmir.

Xeberler.az bu bankların istifadəçisi olan, habelə digər internet bankinq sistemlərindən istifadə edən oxucularını bir daha ehtiyyatlı olmağa çağırır. İnternet üzərindən həyata keçirilən dələduzluq əməliyyatlarından sığortalanmaq üçün mobil bankçılıq hesablarınızın məlumat və şifrələrini yalnız rəsmi saytda (https://www.birbank.az) daxil etməyiniz tövsiyə olunur. Saytın https protokolu açılmasını və domen adının dəqiq olmasını diqqətlə yoxlayın.

Son xəbərlər
Digər xəbərlər