19 C
Baku
Şənbə, Sentyabr 25, 2021

Azərbaycan banklarına inam artdı: depozit yatırımı daha da böyüdü

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycanda banklara yatırlın depozitlərin həcmləri açıqlandı.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının 2021-ci ilin 30 aprel tarixi üçün olan icmal göstəricilərdə qeyd edilir.

1 may 2021-ci il tarixinə banklarda 21 milyard 362.1 milyon manat həcmində depozitlər olmuş, bu da son bir ayda 1.5% artım deməkdir.

Depozitlərin 8 milyard 219.9 milyon manatı fiziki şəxslərin, 13 milyard 142.2 milyon manatı isə hüquqi şəxslərin depozitləri olmuşdur.

Bankların öhdəliklərinin digər 371.3 milyon manatı Mərkəzi Bankın onlar qarşısındakı tələbləri, 950.9 milyon manatı maliyyə institutlarındakı tələbləri, 262.9 milyon manatı loro hesablar, 34.3 milyon manatı bank kreditləri, 1 milyard 726 milyon manatı isə bankların emissiya etdikləri qiymətli kağızlar üzrə öhdəliklər olmuşdur.

Beləliklə bankların cəmi öhdəliklərinin həcmi 28 milyard 65.6 milyon manat olub.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər