28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan banklarında cari hesab açmaq neçəyədir?

Bank hesabları aşağıdakı növlərə bölünür:

–   cari hesablar;

–   cari subhesablar;

–   ssuda hesabları;

–   əmanət (depozit) hesabları;

–   müxbir hesablar.

Cari hesablar dövlət və bələdiyyə orqanlarının, hüquqi şəxslərin, onların filial, nümayəndəlik və digər ayrıca bölmələrinin, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarının aparılması üçün açılır.

Büdcə təşkilatlarına cari hesablar yalnız xarici dövlət və hüquqi şəxslər tərəfindən məqsədli təyinat üzrə verilən yardım və qrantların alınması və istifadəsi üzrə bank əməliyyatlarının aparılması üçün açılır.

Cari hesablara müvəqqəti cari hesablar və xüsusi cari hesablar da aiddir.

Müvəqqəti cari hesablar təsərrüfat ortaqlıqları, cəmiyyətləri, kooperativlər və digər təsərrüfat subyektlərinə onların dövlət qeydiyyatına almanadək müvafiq olaraq nizamnamə, şərikli kapitallarının, habelə paylarının ödənilməsi üçün açılır.

Xüsusi cari hesablar dövlət və xüsusi notariusların notariat fəaliyyətləri ilə əlaqədar olaraq notariat orqanlarına açılır.

Cari hesab fiziki və hüquqi şəxslərin nağd və nağdsız hesablaşmaları həyata keçirməsi üçün Banklarda açılan hesabdır.  Cari hesab  vasitəsilə aşağıdakı əməliyyatları həyata keçirmək mümküdür.
  • Nağd pul vəsaitləri ilə əməliyyatlar;
  • Bankdaxili, ölkədaxili və ölkəxarici pul köçürmələri;
  • Konvertasiya əməliyyatları;
  • Qanunvericiliklə nəzərdə tutulan digər əməliyyatlar.
Cari hesab açılması üçün aşağıdakı sənədlər tələb edilir:
Fiziki şəxslər üzrə
1. Şəxsiyyət vəsiqəsi
2. Ərizə
Hüquqi şəxslər üzrə
1. İmza və möhür nümunələri vərəqəsində imza hüququ olan bütün səlahiyyətli şəxslərin şəxsiyyətini təsdiq edən sənəd (Bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənədin əsli geri qaytarılır).;
2. Hüquqi şəxsin nizamnaməsinin (əsasnaməsinin) notarial qaydada təsdiqlənmiş surəti;
3. Hüquqi şəxsin dövlət qeydiyyatına alınması barədə sənədin notarial qaydada təsdiqlənmiş surəti;
4. Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiqlənmiş surəti;
5. Müvafiq vergi orqanı tərəfindən verilmiş Şəhadətnamə-dublikatın əsli;
6. Müvafiq dövlət sosial sığorta orqanından (kommersiya məqsədli hüquqi şəxslər istisna olmaqla) verilmiş Şəhadətnamə-dublikatın əsli;
7. Notarial qaydada təsdiq olunmuş imza və möhür olan vərəqələr – 2 nüsxədə (hər ikisinin əsli).
Bu dəfəki bazar araşdırmamızda Respublikada fəaliyyət göstərən kommersiya Banklarında cari hesabların açılması zamanı tutulan xidmət haqqını araşdırdıq. Aşağıdakı cədvəldə müvafiq məlumatlarla tanış ola bilərsiniz.
Bank Cari hesabın açılması
Fiziki şəxslər Hüquqi şəxslər
AZN USD AZN USD
AccessBank QSC Pulsuz Pulsuz
AFB Bank ASC 10 AZN 10 AZN 10 AZN 10 AZN
AGBank ASC Pulsuz Pulsuz Pulsuz Pulsuz
Amrahbank ASC Pulsuz Pulsuz 10 AZN 10 AZN
AtaBank ASC Pulsuz Pulsuz Pulsuz Pulsuz
Azər Türk Bank ASC 10 AZN 10 AZN 20 AZN 20 AZN
ASB Bank ASC Pulsuz Pulsuz Pulsuz Pulsuz
Bank Avrasiya ASC Pulsuz Pulsuz 50 AZN 50 AZN
Bank BTB ASC Pulsuz Pulsuz Pulsuz Pulsuz
Bank Melli İran Bakı filialı 10 AZN 10 USD 10 AZN 10 USD
Bank of Baku ASC Pulsuz Pulsuz Pulsuz Pulsuz
Bank Respublika ASC Pulsuz Pulsuz 10 AZN 10 AZN
Bank VTB (Az.) ASC Pulsuz Pulsuz Pulsuz Pulsuz
DəmirBank ASC Pulsuz Pulsuz Pulsuz Pulsuz
Expressbank ASC Pulsuz Pulsuz Pulsuz Pulsuz
Xalq Bank ASC Pulsuz Pulsuz Pulsuz Pulsuz
Kapital Bank ASC Pulsuz Pulsuz 20 AZN 20 AZN
Naxçıvanbank ASC 10 AZN 10 AZN
NBCBank ASC Pulsuz Pulsuz Pulsuz Pulsuz
NİKOYL Bank İKB ASC Pulsuz Pulsuz Pulsuz Pulsuz
Pakistan Milli Bankı NBP Bakı filialı Pulsuz Pulsuz 20 AZN 20 USD
Rabitəbank ASC Pulsuz 10 AZN Pulsuz 10 AZN
Silk Vey Bank ASC Pulsuz Pulsuz 50 AZN
TuranBank ASC Pulsuz Pulsuz Pulsuz Pulsuz
Unibank KB ASC Pulsuz Pulsuz Pulsuz Pulsuz
Yapı Kredi Bank (Az.) QSC 5 AZN 5 AZN 20 AZN 20 AZN
Son xəbərlər
Digər xəbərlər