Azərbaycan banklarından biri kreditləşməni saxlayıb

Azərbaycanın aparıcı banklarından olan “Premium Bank” kredit verilməsini dayandırıb.

Banker.az Fed.az-a istinadən xəbər verir ki, bu barədə bankın özündən bildirilib. «Premium Bank»a biznes kreditləri üçün müraciət edən müştəriyə bankın kredit verilməsini dayandırdığı bildirilib. Bankdan bildirilib ki, bütün kreditlərin verilməsi dayandırılıb, amma bunun səbəbi açıqlanmayıb.

Bakıda Rəqəmsal transformasiyaya aid master-class keçiriləcək

Məsələ ilə bağlı “Premium Bank”ın ictimaiyyətlə əlaqələr şöbəsi kredit verilməsi barədə məlumatı təkzib edib. Buradan bildirilib ki, bankda kreditlər verilir, amma kreditin şərtləri yalnız müraciət araşdırılandan sonra açıqlanacaq: “Yalnız lazımi sənədlərlə birlikdə müracit edəndən sonra məlum olacaq ki, kredit verilir ya yox”.

Bununla yanaşı,  “Premium Bank”ın kredit verilişini dayandırdığı dəqiqləşib. Bankdan bildirilib ki, kreditləşmə yaxın zamanda yeni şərtlərlə bərpa oluna bilər, amma dəqiq vaxtı məlum deyil.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları