Azərbaycan banklarından birində direktorun 90 yaşı tamam olub – REKORD

Dünya bank sistemində analoqu olmayann fakt: 90 il həyat, 70 il zəhmət

Banker.az banka istinadən bildirir ki, bu gün “Günay Bank” ASC-nin əməkdaşı Ağayev Sabir Mirələm oğlununun 90 yaşı tamam olur.

O, 1928-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub.

1948-1952-ci illərdə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda Maliyyə Kredit fakültəsində “Pul və kredit” ixtisası üzrə təhsil almış, Bakı Vilayəti Komsomol Komitəsində Təlimatçı kimi çalışıb.

O, ilk öncə SSRİ Dövlət Bankının Salyan şöbəsində, sonra AR Dövlət Bankının Ağır Sənaye şöbəsində kredit müfəttişi işləmişdir.

1952-ci ildən başlayaraq Sonradan AR Dövlət Bankının Sumqayıt şöbəsində müdir, Dövlət Bank Kontorunda müdir müavini, Aqrar Sənaye Bankının İdarə Heyəti sədrinin müavini, “Deka Bank”ın İdarə Heyətinin Sədri, AR Xalq Təsərrüfatı İnstitunda Maliyyə Kredit fakültəsi üzrə Dövlət Komissiyasının sədri vəzifələrində çalışıb.

Bundan əlavə S. Ağayev, Sumqayıt Şəhər Sovetinin deputatı seçilmiş, Şəhər Partiya Komitəsində Təftiş Komissiyasının sədri, sonradan həmin Komissiyanın üzvü, Sumqayıt Şəhər Həmkarlar Təşkilatının, həmçinin AR Sülh Müdafiə Fondunda Təftiş Komissiyasının sədri işləmiş və digər yüksək vəzifələrdə çalışmışdır.

Sabir Ağayev “Əməkdə Fərqlənmə”, “Fəxri Orden” Fərmanı, AR Ali Sovetinin “Fəxri Fərman”-ı, AR Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə “Əməkdar İqtisadçı” fəxri adı və digər mükafatlarla ilə təltif olunub.

Demək olar ki 70 il bank təcrübəsi olan S. Ağayev, 2001-ci ildən Günay Bank ASC-nin əməkdaşıdır və hazırda bankın Departament direktorudur.

“O, hər birimizə qayğı ilə yanaşır və böyük bir “bank məktəbi” kimi zəngin təcrübələrini əməkdaşlarımız ilə bölüşür.” – deyə bankdan S. Ağayevlə bağlı ümumi fikir kimi deyilir.