33 C
Baku
Wednesday, July 17, 2024

Azərbaycan banklarının aktivləri iyunda azalıb

Azərbaycanda fəaliyətdə olan 24 bankın 1 iyul 2023-cü il tarixinə cəmi aktivləri 45 mlrd. 218.3 mln. manat, cəmi öhdəlikləri 39 mlrd. 305.6 mln. manat, balans kapitalı 5 mln. 912.7 mln. manat olub.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının icmal balansında bildirilir.

Aktivlətin həcmi son bir ayda 1.5% azalmış olub. İyun ayının əvvəlində bu rəqəm 45 mlrd. 921.8 mln. manat idi.

İyun ayında bankların kredit portfeli 3.1% və ya 637 mln. manat artaraq 21,296.2 mln. manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54.7% (11,650.5 mln. manat); ıı) istehlak kreditləri – 29.7% (6,324.7 mln. manat) və ııı) ipoteka kreditləri – 15.6% (3,321 mln. manat)

30 iyun 2023-cü il tarixinə fəaliyyət göstərən 24 bankın filiallarının sayı 486, şöbələrinin sayı 86, ATM-lərin sayı 3009 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.5% və ya 117 nəfər artaraq 23,241 nəfər təşkil etmişdir.

324982323

Son xəbərlər
Digər xəbərlər