26 C
Baku
Monday, June 27, 2022

“Azərbaycan banklarının restrukturizasiyası qısa zamanda tamamlanmalıdır”

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan bank bazarının requlyatorlarına qeyri-sağlam bankların restrukturizasiyasını qısa zamanda və çevik şəkildə icra olunmasını təkidlə tövsiyə edib. Bu barədə BVF-nin yaydığı bəyanatda qeyd olunub.

Fondun bəyanatında həmçinin bildirilir ki, bazar tənzimləyicisi bank sisteminin sağlamlaşdırılması prosesi çərçivəsində 8 kommersiya bankının lisenziyasını geri çağırıb və digər bankların geniş spektrli stress-testlərini aparıb. BVF bu stress-testlərin artıq bitmək üzərə olduğunu və qalan qeyri-sağlam bankların restrukturizasiyası üçün Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi və Mərkəzi Bankın sıx əməkdaşlığı şəraitində fəaliyyət planı hazırladığını qeyd edib. Fond restrukturizasiya proqramının, qeyri-sağlam banklarda mövcud olan yüksək səviyyədə qeyri-işlək kreditlərlə bağlı vəziyyətin aradan qaldırılmalı və zəif bankların kapitalının yüksəltməli olduğunu bildirib.

Report

Son xəbərlər
Oxşar xəbərlər