Azərbaycan banknın öz işçisi yarım milyon pul oğurlayıb, başqa hesablara ötürüb

0

Lisenziyası ləğv edilmiş “Zaminbank”dan 480 min manat məbləğində pul oğurlamaqda təqsirləndirilən Elnur Kərimov barəsində həbs qətimkan tədbiri seçilib.

“Zaminbank”da kredit mütəxəssisi vəzifəsində çalışmış E.Kərimov etibardan sui-istifadə edərək banka qarşı 480 min manatlıq dələduzluq edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Belə ki, o, işlədiyi dövrdə bankda müştərilərin hesabından pul çıxararaq digər hesablara köçürüb.

İstintaq dövründə E.Kərimova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Onun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Oxu.az