27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan bazarında satılan Rusiya yağının istehsal biznesini erməni alır

Amerikanın duru yağ istehsalçısı olan “Bunge” şirkəti (“Oleyna”, “İdeal”, “Skazka”, “Semyonovna” və “Maslenitsa” brendləri ona məxsusdur) Rusiyadakı biznesini satmağa qərar verib. Bildirilir ki, müəssisələrin yeni sahibi “Exoil Group”un idarəedici auksioneri Karen Vanetsyan olacaq.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

“Bunge” şirkəti dünyanın dörd ən böyük aqrotreyderlərdən biridir. “Forbes” amerikan şirkətinin bazar dəyərini təxminən 13.59 milyard dollar olaraq qiymətləndirir.

Duru yağ istehsalçısı 2003-cü ilsə Rusiyada bölmə açıb. 5 ildən sonra Voronej vilayətində yağ istehsalı zavodu işə düşüb. Hər il 200 milyon butulkadan çox yağ istehsal edilib. 2020-ci ildə şirkətin Rusiya bazarındakı payı 10.3% təşkil edib.

Xatırladaq ki, daha əvvəl Danimarkanın böyük ət istehsalçısı “Goodvalley” Rusiya bazarını tərk edib.

Son xəbərlər
Digər xəbərlər