Azərbaycan Belarusdan idxal etdiyi kərə yağının idxalını 24% artırıb

Azərbaycan Belarusdan idxal etdiyi kərə yağının idxal həcmini 2021-ci ildə artırıb.

Banker.az xəbər verir ki, ilin ilk 4 ayı ərzində Belarusdan  627 ton həcmində kərə yağı idxal edilib. İdxalın dəyəri isə  3.24 milyon ABŞ dolları təşkil edib.

İdxalın miqdar baxımından həcmi 24% artdığı halda, dəyər baxımdan 16% artmışdır.

Qeyd edək ki, Azərbaycan 2021-ci ilin yanvar-aprel ayları ərzində 5 282 ton həcmində kərə yağı idxal edilib ki, bu da 25.72 mln. dollarlıq dəyəri əhatə edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.