15 C
Baku
Şənbə, Oktyabr 16, 2021

“Azərbaycan Beynəlxalq Bankı”-nin səhmdarlarına divident ödəniləcək

Screen Shot 2021 09 02 at 14.34.20

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 15 sentyabr 2020-ci il saat 15.00-da Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvanda səhmdarlarının növbəti ümumi yığın cağı keçiriləcək.

Bu barədə Banker.az Bankın İdarə Heyəti səhmdarlarına çatdırdığı mesaja istinadən bildirir.

Bununla yanaşı, “koronavirus (Covid 19) infeksiyasının yaratdığı pandemiya şəraitində səhmdarların sağlamlığının qorunması məqsədilə və kütləvi yığıncaqların qadağan olunmasını nəzərə alaraq səsvermə qiyabi şəkildə keçiriləcəkdir”, deyə bildirilir.

Ümumi yığıncağın gündəliyinə “Azərbaycan Beynəlxalq Bankı”nın kənar auditor tərəfindən təsdiqlənmiş və audit komitəsi tərəfindən tövsiyə edilmiş 2019-cu ilin maliyyə hesabatının təsdiq olunması haqqında; nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi haqqında; 2019-cu ilin maliyyə nəticələrinə əsasən dividendin ödənilməsi haqqında; strateji baxışı və missiya bəyanatı kimi məsələlər daxil edilib.

Ümumi yığıncağın gündəliyindəki məsələlərlə əlaqədar materiallar 2020-ci il sentyabrın 1-dən Bankın rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.

ABB-nin 1.24 milyard manat nizamnamə kapitalında 91,40% – Maliyyə Nazirliyi, 4,39% – fiziki şəxslər, 3,76% – Əmlak Məsələləri Dövlət Komitəsi, 0,32% – hüquqi şəxslər və 0,13% – “Aqrarkredit” Bank Olmayan Kredit Təşkilatinın payları vardır.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər