29 C
Baku
Wednesday, July 24, 2024

“Azərbaycan Beynəlxalq Bankı”na məxsus 21 avtomobil özəlləşdirilib – SİYAHI

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus 21 nəqliyyat vasitəsi özəlləşdirilib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, nəqliyyat vasitələrinə ümumilikdə 219 sifariş qəbul edilib, Əksər avtomobillər üzrə hərrac rəqabətli olub.

Belə ki, “Hyundaı İX-35” markalı avtomobilin start qiyməti 16 000 manat olsa da, son təklif 20 500 manata yüksəlib. Bundan başqa, 2 500 ilkin satış qiyməti ilə təklif edilən “Mercedes Sprinter” markalı nəqliyyat vasitəsi 17 200 manata satılıb.

Növbəti hərrac iyulun 25-də keçiriləcək. Hərraca ümumilikdə 6 səhmdar cəmiyyətin səhm paketi, 7 kiçik dövlət müəssisəsi və obyekti, 41 nəqliyyat vasitəsi çıxarılacaq.

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin balansında olan nəqliyyat vasitələrinin satışı üzrə 19 iyul 2023-cü il tarixində keçirilmiş hərracda satılmış nəqliyyat vasitələrinin siyahısı
Balanssaxlayıcı təşkilatın adı Nəqliyyat vasitəsinin markası Dövlət nömrə nişanı Buraxılış ili İlkin hərrac qiyməti (manatla) Yekun hərrac qiyməti (manatla)
1 “ABB” ASC Mercedes Sprinter 90 JA 828 2007 3000 17500
2 “ABB” ASC Volkswagen Passat 77 Pc 458 2014 10000 10000
3 “ABB” ASC Volkswagen Caddy 90 JO 013 2011 3500 3500
4 “ABB” ASC Volkswagen Passat 77 PS 954 2014 10500 10500
5 “ABB” ASC Hyundai İX-35 10 PL 469 2012 19000 19000
6 “ABB” ASC Mercedes Sprinter 10 JE 880 1998 2000 15500
7 “ABB” ASC Hyundai Sonata 10 PR 210 2013 13000 13000
8 “ABB” ASC Hyundai Sonata 90 AD 796 2013 11000 14500
9 “ABB” ASC Mercedes Sprinter 10 JT 119 2005 2500 16500
10 “ABB” ASC Mercedes Sprinter 90 JF 222 2008 3500 17500
11 “ABB” ASC Mercedes Sprinter 10 JT 118 2005 3000 15100
12 “ABB” ASC Hyundai İX-35 10 JO 886 2013 15000 15000
13 “ABB” ASC Hyundai İX-35 90 AB 061 2013 16000 20500
14 “ABB” ASC Mercedes Sprinter 10 JV 749 2005 1000 17600
15 “ABB” ASC Hyundai İX-35 10 JO 038 2013 15000 15000
16 “ABB” ASC Mercedes Sprinter 10 JV 748 2005 2500 17200
17 “ABB” ASC Hyundai İX-35 10 PR 793 2013 15000 19400
18 “ABB” ASC Kia Rio 10 PJ 702 2012 11500 12600
19 “ABB” ASC Hyundai Accent 10 PX 879 2011 12500 13900
20 “ABB” ASC Mercedes Sprinter 90 JF 333 2008 3300 18500
21 “ABB” ASC Zontes (Motosikl) 10 A 984 2014 1000 2100
Son xəbərlər
Digər xəbərlər