Ölkənin ən böyük – dövlət bankı “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İnformasiya Texnologiyaları departamentinə yeni direktor təyinatı baş tutub.
Məlumata əsasən adıçəkilən departamentə Samir Ağamalıyev təyin edilib, hansı ki, bundan öncə ABB-də Bank sistemlərinin idarə edilməsi departamentinin direktor müavini vəzifəsini daşıyırdı.
Məlumat üçün bildirək ki, bundan öncə ABB-nin strukturunda informasiya texnologiyaları ilə bağlı bankda 3 departament var idi. Hazırda onlar birləşdirləşdirilərək bir departament kimi fəaliyyət göstərəcək.