26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan Beynəlxalq Bankının sədri istefa verdi

Maliyyə Nazirliyi ABB-yə dəstək vəd etdi.

Martın 18-də Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının iclası keçirilib.

Oxu.Az ABB-nin saytına istinadən xəbər verir ki, bankın Müşahidə Şurasının iclasında Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevinsəhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi barəsində ərizəsi təmin edilib.

İdarə Heyəti sədrinin vəzifəsinin müvəqqəti icrası İdarə heyəti sədrinin birinci müavini Emil Mustafayevə həvalə edilib.

Azərbaycan dövlətini Bankda təmsil edən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin iclasda ölkənin ən iri bankının inkişafına gələcəkdə də tam dəstək olacağını bildirib.

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.