26 C
Baku
Saturday, July 27, 2024

“Azərbaycan beynəlxalq təşkilatların donoru qismində $7 milyon ayıracaq”

“Prezident İlham Əliyevin tapşırığı ilə gələn il Azərbaycan bir sıra beynəlxalq təşkilatların donor ölkəsi olacaq”.

Bunu Maliyyə naziri Samir Şərifov Azərbaycanla Asiya İnkişaf Bankı (AİB) arasında əməkdaşlığın 20-ci il dönümünə həsr olunmuş tədbirdə deyib.

“Bu da Azərbaycanın beynəlxalq inkişafa töhfəsidir”, – deyən nazir Azərbaycanın AİB nəzdindəki Asiya İnkişaf Fondunda donor qismində iştirak edəcəyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, 2020-ci ilin dövlət büdcəsində üç beynəlxalq təşkilatda iştirak etmək üçün 7 milyon dollarlıq vəsait nəzərdə tutulur: “Avropa Yenidənqurma və İnkişaf Bankında iştirak etmək üçün 2 milyon dollar, Asiya İnkişaf Fondunda iştirak etmək üçün 2 milyon dollar, Beynəlxalq İnkişaf Assosiasiyasında iştirak etmək üçün isə 3 milyon dollar ayrılacaq”.

Son xəbərlər
Digər xəbərlər