17 C
Baku
Saturday, November 26, 2022

Azərbaycan bir çox ölkələrdən müvəqqəti idxal məhdudiyyətini aradan qaldırdı – Siyahı

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Çexiya, Bolqarıstan, Polşa, Slovakiya, Rumıniya, Macarıstan, Xorvatiya, İtaliya, İslandiya, Portuqaliya, Belçika, Danimarka, Norveç, İspaniya, Rusiya, İran, Almaniya, Uels, İngiltərə, Şotlandiyanın bəzi inzibati ərazi vahidlərində qeydə alınmış yüksək və aşağı patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, yüksək və aşağı patogen quş qripi xəstəliyinin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və xəstəliyə görə epizootik sağlamlıq statusu bərpa olunub.

Banker.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, bununla əlaqədar, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi” nəzərə alınaraq, yüksək və aşağı patogen quş qripi xəstəliyinə görə adları sadalanan ölkələrin inzibati ərazi vahidlərinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.

Son xəbərlər
Digər xəbərlər
X