Azərbaycanda BOKT-lar bu ilin yanvar-iyun aylarını 0.7 milyon manat zərərlə başa vurublar. Ötən ilin eyni dövründə isə BOKT-lar 8.3 milyon manat mənfəət əldə etmişdirlər.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Bu ilin birinci yarımilliyində BOKT-ların cəmi gəlirləri 39.4 milyon manat, xərcləri isə 28.2 milyon manat təşkil edib. İllik müqayisədə BOKT-ların gəlirləri 5% azalıb, xərcləri isə 10% artıb.
30 iyun 2021-ci il tarixinə BOKT-ların cəmi aktivləri 331.5 milyon manat olub ki, bu da ötən ilə nisbətən 0.9% azalma deməkdir. Müştərilərə verilən kreditlər isə 288.4 milyon manat təşkil edib. Belə ki, BOKT-ların kredit portfeli 2% böyüyüb.