12 C
Baku
Sunday, October 27, 2024

Azərbaycan Bolqarıstanda “Şuşa Parkı” inşa edəcək

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “DAD Studio” LTD və  “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə müqavilə imzalayıb.

Banker.az xəbər verir ki, hər iki müqavilədə Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində inşa ediləcək “Şuşa Parkı”nın layihə-smeta sənədlərinin hazırlanması işləri”nin satınalınması və Şuşa Parkı”nın konsepsiyasının, memarlıq həllərinin hazırlanması və müəllif nəzarəti” işlərinin satınalınması nəzərdə tutulur.

“DAD Studio” LTD ilə bağlanmış müqavilənin dəyəri 166.802,45 AZN-dir, “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə olan müqavilənin məbləği isə 233.640 AZN-dir.

Son xəbərlər
Digər xəbərlər