27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan bu il 12 milyon dollarlıq avtobus alıb

2020-ci ilin yanvar-sentyabr aylarında ölkəyə 2 377 ədəd yük avtomobili, 129 ədəd avtobus idxal olunmuşdur.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2020-ci ilin yanvar-sentyabr ayında Azərbaycana ümumilikdə 11 mln. 582 min dollar məbləğində avtobus idxal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4.2 dəfə azdır.

Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya ümumilikdə 129 ədəd avtobus (azalma 3 dəfə) idxal olunub. 2019-cu ilin eyni dövründə isə Azərbaycana 371 ədəd avtobus gətirilib.

Bu ilin yanvar-avqust ayında Azərbaycana 108 ədəd avtobus idxal edilib. Belə ki, təkcə sentyabr ayında isə gətirilən avtobusların sayı 21 ədəd olub.

Bundan başqa, cari ilin yanvar-sentyabr ayında Azərbaycana 35 mln. 189 min dollar dəyərində (azalma 17%) 2 377 ədəd yük avtomobili (azalma 57.4%) idxal edilib.

Son xəbərlər
Digər xəbərlər