25 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan bu il 42 milyon dollarlıq metanol ixrac edib

2020-ci ilin 10 ayında Azərbaycandan 42 milyon 317 min dollar məbləğində 403 min 8 ton metanol (metil spirti) ixrac edilib.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Cari ilin yanvar-sentyabr aylarında isə məbləği 35 milyon 431 min dollar məbləğində 350 min 38 ton metanol ixrac edilib.

Metanol qeyri-neft sektoru üzrə ixracda 2,93 % paya malik olub.

Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.

Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib.

Son xəbərlər
Digər xəbərlər