12 C
Baku
Sunday, October 27, 2024

Azərbaycan bu il Gürcüstanın ən çox məhsul ixrac etdiyi ölkə olub

2023-cü ilin yanvar-avqust ayları ərzində Gürcüstanın Azərbaycana ixracı 567.8 milyon dollar təşkil edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib. Qeyd olunub ki, bu göstərici ötən illə müqayisədə 34.7% çoxdur. Belə ki, 2022-ci ilin analoji dövründə Gürcüstanın Azərbaycana ixracı 421.6 milyon dollar təşkil edib. Cari ildə Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 13.9%-ni təşkil edib.

Yanvar-avqust ayları ərzində Gürcüstanın ikinci və üçüncü əsas ixrac tərəfdaşları isə müvafiq olaraq Ermənistan (552.2 milyon dollar) və Rusiya (461.3 milyon dollar) olub.

Bu il Gürcüstanın ixracı ötən illə müqayisədə 14.4% artaraq 4 milyard 79 milyon dollara çatıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər