12 C
Baku
Sunday, October 27, 2024

Azərbaycan bu il İrana ‘axan’ valyutanı iki qat azaldıb

Azərbaycan 2020-ci ildə İran İslam Respublikasına ixracı artırıb. Mənfi saldonu 1.9 dəfə azaldıb.

Bu barədə Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Cari ilin yanvar-sentyabr ayları ərzində İrana $30.08 mln. həcmində məhsul ixrac edilib, İrandan Azərbaycana isə $210.31 mln. məhsul ixrac olub.

Lakin, göründüyü kimi Azərbaycanın İslam Respublikası ilə ticarət əlaqələrində hələ də mənfi saldo qalmaqdadır. Belə ki, cari ilin ilk 3 rübü ərzində $180.23 mln. həcmində mənfi ticarət saldosu mövcuddur.

Son bir ildə ümumi idxal payında İranın payı 3.50%-dən 2.29%-ə qədər azalıb, ixracda isə əksinə, 0.19%-dən 0.28%-ə yüksəlib.

Bildirək ki, 2019-cu il ərzində Azərbaycan İrana  ixracın həcmi $27.75 mln. manat, idxalın həcmi isə $362.91 mln. təşkil edib. Bu da $335.16 mln. manat mənfi saldo deməkdir.

Son xəbərlər
Digər xəbərlər