10 C
Baku
Şənbə, Noyabr 27, 2021

Azərbaycan bu il Stavropola 4 min tona yaxın meyvə-tərəvəz ixrac edib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Şimali Qafqaz Regionlararası İdarəsi, bu ilin əvvəlindən ölkənin Stavropol vilayətinə idxal edilmiş 39 min tondan çox meyvə-tərəvəzi yoxlayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

Bu barədə “Rosselxoznadzor”a istinadən xəbər verilir.

Məlumata görə, məhsullar əsasən Ermənistan (32,2 min ton), Azərbaycan (3,5 min ton) və İrandan (3,4 min ton) gətirilib. Onlar əsasən kartof, üzüm, şaftalı və gavalı, eləcə də ötən illə müqayisədə idxalı artmış xurma, nektarin və feyxoa olub.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər
X