28 C
Baku
Saturday, August 13, 2022

Azərbaycan bu il Xakasiyadan taxta məhsullarının əsas idxalçısı olub

Bu ilin əvvəlindən Rusiyanın Xakasiya Respublikası ərazisindən ixrac üçün nəzərdə tutulan 18.15 min kubmetr taxta və taxta məhsullarına nəzarət tədbirləri keçirilib.

İxracın böyük həcmi emal olunan taxta materialların payına düşür – 17.34 min kubmetr. Həmçinin, ağacdan yığma konstruksiyalar – 0.726 min kubmetr, taxta məmulatlar – 0.065 min kubmetr, bərkidicilər – 0.016 min kubmetr ixrac edilir.

Taxta materialının böyük hissəsi Tacikistana (16.17 min kubmetr), Özbəkistana (0.662 min kubmetr), Qırğızıstana (0.185 min kubmetr), Azərbaycana (0.105 min kubmetr), Çinə (0.095 min kubmetr) və Qazaxıstana (0.081 min kubmetr) ixrac edilib.

Sənədli nəzarət və nəzarətdən kənar məhsulların yoxlanılması zamanı heç bir qanun pozuntusu aşkar edilməyib. Məhsullar fitosanitar sertifikatları ilə təmin olunublar.

MənbəApa
Son xəbərlər
Oxşar xəbərlər