21 C
Baku
Friday, July 1, 2022

Azərbaycan bu il xaricdən 177 milyon dollarlıq geyim əşyaları alıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 177 milyon 80 min ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57 milyon 604 min ABŞ dolları (24.5%) azalma deməkdir.

Belə ki, ötən ilin 10 ayında Azərbaycana dəyəri 234 milyon 684 min ABŞ dolları dəyərində  geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilmişdir.

Qeyd edək ki, hesabat dövründə sözügedən malların ümumi idxalında payı 2.02 % təşkil edib.

 

Son xəbərlər
Oxşar xəbərlər