Azərbaycan bu ilin ilk 4 aynda 600 mln. manata yaxın borc qaytarıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin xərcləri 5 966 mln. manat təşkil edib ki, bunun da 3 082 mln. manatı və yaxud 51,7%-i cari xərclərdir.

Maliyyə Nazirliyi bildirir ki, bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə 20,6 mln. manat və yaxud 0,7% çoxdur.

Hesabat dövründə büdcənin əsaslı xərcləri isə 2 298,9 mln. manat təşkil edib. Bu, xərclərin 38,5%-i deməkdir.

4 ay ərzində Azərbaycan dövlət borcuna və öhdəliklərinə xidmətə isə 584,4 mln. manat və yaxud büdcə xərclərinin 9,8%-i qədər vəsait yönəldib.