Azərbaycan bu strategyanı hazırlamaq üçün beynəlxalq konsaltinq şirkətləri cəlb edəcək

0

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev yanvarın 10-da Azərbaycanda innovativ inkişaf sahəsində koordinasiyanı təmin etmək barədə sərəncam imzalayıb.

Banker.az-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası müvafiq sahədə nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə Azərbaycan Respublikasının innovasiya strategiyasının layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. O həmçinin koordinasiya subyektlərinin innovativ inkişafın (o cümlədən startap fəaliyyətinin) dəstəklənməsi sahəsində gördükləri işlərin əlaqələndirilməsini təmin etməlidir.