4 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Azərbaycan cari ildə $744 mln.-luq avtomobil idxal edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 744.4 milyon ABŞ dolları dəyərində 72 902 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 45,6 % və 70,2 % çoxdur.

Son ildə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 19,2 % artaraq 186 ədəd (27,8 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 72,5 % artaraq 68 024 ədəd (630,2 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 10 033-ü (61 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 106-sı (2,5 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 2,5 dəfə artması, ikincinin isə 25,35 % azalması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 69,1 % artaraq 4 571 ədəd (72,8 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 7,1% azalaraq 113 ədəd (13,6 milyon ABŞ dolları dəyərində) olub.

Son xəbərlər
Oxşar xəbərlər