20 C
Baku
Monday, October 7, 2024

Azərbaycan cari ildə qazın hər 1 000 metr-kubunu xaricə $759-a satıb – Bu, öncəki ildən 20% bahadır

Azərbaycan 2023-cü ilin ilk 5 ayında xaricə 9.36 mlrd. kub-metr həcmində təbii qaz satıb.

Banker.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata əsasən, ilin yanvar-may ayları üzrə xaricə qaz ixracından 7.1 mlrd.  ABŞ dolları valyuta əldə edilib.

İlin ilk beş ayı öncəki illə müqayisədə ixrac miqdar baxımından 1% , dəyər baxımından isə 18% artmış olub.

2022-ci ilin ilk 5 ayında qazın hər 1000 kub-metri $633.83 olduğu halda cari ildə artaraq $758.64 olub.

Qeyd edək ki, Niderlandın TTF qaz habında 1000 kub metri hazırda $500-dən ucuz satılır.

Son xəbərlər
Digər xəbərlər