3 C
Baku
Sunday, February 5, 2023

Azərbaycan Çinə ət məhsulları ixrac edə bilər

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 20 faiz artaraq 240 milyon dollar təşkil edib.

Bunu noyabrın 30-da Çinin Azərbaycandakı səfirinin müşaviri Ma Çi “Ticarət və ixracat” adlı forum zamanı deyib.

Onun sözlərinə görə, əsas ixrac xam neft və kimya məhsullarının payına düşür.

Səfir qeyd edib ki, Çin Azərbaycanla ticari-iqtisadi münasibətlərin genişlənməsini alqışlayır.

“Çinin istehlak bazarının nəhəng imkanını nəzərə alaraq, hesab edirəm ki, Azərbaycan Çinə ət məhsullarını ixrac etmək potensialına malikdir. Məsələn, Braziliya bu ilin yanvar-oktyabr aylarında Çinə 8.1 milyard dollar məbləğində 1.7 milyon ton ət ixrac edib”, – deyə o bildirib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər
X