8 C
Baku
Wednesday, October 30, 2024

Azərbaycan Çində növbəti şərab evi açacaq

Azərbaycan Çində növbəti şərab evi açmağı planlaşdırır.

Bunu  İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Onun sözlərinə görə, ikinci şərab evinin Urumçi şəhərində açılması planlaşdırılır:

“Ötən il biz Urumçidə birinci şərab evini açmışıq, bu ilin sonunadək ikinci şərab evinin açılması planlaşdırılır. Hazırda bu istiqamətdə işlər davam edir. Çində artıq iki şərab evi fəaliyyət göstərir, onlardan biri Şanxayda yerləşir”.

R.Məmmədov qeyd edib ki, Azərbaycan xaricdə şərab evləri coğrafiyasını, eləcə də şərab sənayesinin ixrac potensialını genişləndirmək niyyətindədir:

“Şərab məhsulunun tədarük həcmi ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur, ona görə də Azərbaycan şərablarına böyük tələbatı nəzərə alaraq biz potensial bazarlara ixrac həcmini artırmaq niyyətindəyik. Azərbaycan şərab məhsullarının əsas satış bazarı Rusiya və Çindir. Xaricdə Azərbaycanın nar şərablarına daha çox tələbat var. Dünya bazarında ənənəvi şərab istehsalçılarının ciddi rəqabətinə baxmayaraq, biz “Made in Azerbaijan” brendini yeni bazarlara çıxarırıq və bu kursu gələcəkdə də davam etdirəcəyik”.

Nazir müavini əlavə edib ki, bu məhsulun özünəməxsusluğunu nəzərə alsaq, hər ölkəyə fərdi yanaşma tətbiq olunur, yəni ixrac üçün potensial bazarlarda daha çox tələbatın olduğu şərab növləri təklif olunur.

©Trend

Son xəbərlər
Digər xəbərlər