Azərbaycan Çində ticarət evi açacaq

Azərbaycan Çində ticarət evinin yaradılması barədə razılıq əldə edib.

Razılaşma ikinci Çin beynəlxalq idxal sərgisi zamanı əldə olunub.

Sərgi çərçivəsində Azərbaycanın Çindəki ticarət nümayəndəliyi ilə Veynan iqtisadi və texnoloji inkişaf zonası və “Xian Camel Guest e-Commerce Co.Ltd” şirkəti arasında Şensi əyalətinin Veynan şəhərində ticarət evinin yaradılması barədə əməkdaşlıq müqaviləsi imzalanıb.

Bundan başqa, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə Çinin Ticarət Nazirliyi nəzdində Ticarətin İnkişafı Bürosu və Şanxayın Xarici İnvestisiyaların İnkişaf Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.

Sərgi zamanı 26 Azərbaycan şirkətinin məhsulları təqdim olunub.

©Trend

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları