11 C
Baku
Friday, October 25, 2024

Azərbaycan Çindən malların idxalını artırıb

2020-ci ilin yanvar-sentyabr dövründə (9 ayda) Azərbaycana ən çox mallar Rusiyadan idxal olunub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari ilin 9 ayında Rusiyadan idxalın dəyəri 1 milyard 439 milyon 391 min dollar təşkil edib.

Qeyd edilən dövrdə Türkiyədən idxal 1 milyard 150 milyon 108 min dollardan (2019-cu ilin 9 ayında) 1 milyard 129 milyon 957 min dollara (2020-ci ilin 9 ayında) düşüb, Çindən idxal isə 962 milyon 836 min dollardan (2019-cu ilin 9 ayında) 1 milyard 14 milyon 39 min dollara (2020-ci ilin 9 ayında) yüksəlib.

Son xəbərlər
Digər xəbərlər