23 C
Baku
Wednesday, August 17, 2022

“Azərbaycan Dəmir Yolları” QSC “S&P”-nin xidmətindən imtina edib

“Azərbaycan Dəmir Yolları” QSC “Standard & Poor’s” (S&P) beynəlxalq reytinq agentliyi ilə əməkdaşlıqdan imtina edib. “Report”un “Standard & Poor’s” beynəlxalq reytinq agentliyinə istinadən verdiyi xəbərə görə, Agentlik tərəfindən “Azərbaycan Dəmir Yolları”nın reytinq qiymətləndirilməsi emitentin xahişi əsasında dayandırılıb. Buununla bağlı Agentliyin Moskva ofisi məlumat yayıb. 

Qeyd edək ki, “S&P” 2015-ci il dekabrın 15-də “Azərbaycan Dəmir Yolları” QSC-nin kredit reytinqini “BB-“, proqnozunu isə “neqativ”  səviyyəsinə endirib. Buna səbəb şirkətin borc öhdəliyinin icrasını 3 gün gecikdirməsi olub.

Xatırladaq ki, bu yaxınlarda “Azərbaycan Dəmir Yolları”nın sədri Caviq Qurbanov şirkətin reytinqin aşağı salınmasına əhəmiyyət vermədiyini qeyd edib. “Özümüz, iqtisadiyyatımız güclü olandan sonra reytinq də düzələcək. Çalışacağıq düzəldək”.

Digər reytinq agentlikləri ilə əməkdaşlığın mümkünlüyünə gəldikdə isə C.Qurbanov bunu isitsna etməyib: “Kim bizlə əməkdaşlıq etmək istəyirsə, qapımız hamıya açıqdır”.

Son xəbərlər
Oxşar xəbərlər