26 C
Baku
Wednesday, July 17, 2024

“Azərbaycan Dəmir Yolları” sərnişin daşımalarını 84 % artırıb

2022-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC (AYD) 5 milyon 136 min sərnişin daşıyıb.

Bu, 2021-ci illə müqayisədə 84 % çoxdur.

Ötən il daşınmış sərnişinlərin 5 milyon 8 mini Abşeron dairəvi dəmir yolu xətti üzrə daşımalara aiddir.

“İl ərzində Bakı-Gəncə-Bakı istiqamətində hərəkətin bərpası təmin edilib, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə əlavə qatarlar xəttə buraxılıb. 2022-ci ildə ölkə üzrə dəmir yolu ilə sərnişin daşınmalarında son on ilin ən yüksək göstəricisi əldə olunub”, – deyə qurum bəyan edib.

Xatırladaq ki, koronavirus (COVID-19) pandemiyasından əvvəl – 2019-cu ildə Azərbaycan dəmir yolu ilə yerli və beynəlxalq istiqamətlərdə ümumilikdə 3 875 729 sərnişin daşınıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər