“Azərbaycan Dəmir Yolları” texnikalara 40 mln. dollar xərcləyib

0

“Azərbaycan Dəmir Yolları” QSC texnika alınmasına öz daxili imkanları hesabına 40 mln. dollar xərcləyib.

Banker.az Finansa istinadla xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

C.Qurbanovun sözlərinə görə, həmin texnikalar yol-tikinti texnikalarıdır.

“Kredit hesabına Avstriya istehsalı olan yeni yoldöyən texnikaları gətirilib. Bizim yol-tikinti idarələrinin səviyyəsi yaxşılaşdırılıb və bu işlər yüksələn xətlə davam edir. İlk dəfə bu il idi ki, QSC-nin bütün dövrləri boyu ən çox yol təmir edib istifadəyə vermişik”, – deyə qurum sədri əlavə edib.