“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus “Dəmiryolservis” MMC-nin direktoru Ədalət Bağırov vəzifəsindən azad edilib.
Şirkətə rəhbərlik Əfsələddin Gəncalıyevə həvalə olunub.
O, indiyə qədər kommersiya qurumunun baş mühəndisi olub.
Xatırladaq ki, “Dəmiryolservis” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 41,115 milyon manatdır.