24 C
Baku
Cümə, Sentyabr 17, 2021

Azərbaycan dayanıqlı turizm üzrə ölkələrin reytinqində 69-cu olub

Screen Shot 2021 09 02 at 14.34.20

“Euromonitor International” şirkəti “ITB Berlin” turizm sərgisində dayanıqlı turizm üzrə ölkələrin reytinqini təqdim edib. Siyahıda 99 ölkə yer alıb. Azərbaycan sözügedən reytinqdə 69-cu yerdə qərarlaşıb.

Reytinq ətraf mühit, sosial və iqtisadi dayanıqlıq, ölkənin əsas riskləri, həmçinin dayanıqlı turizm, nəqliyyat və mənzillərə olan tələbat əsasında hazırlanıb. Siyahı 57 göstəriciyə əsaslandığı bildirilir.

Reytinqin lideri İsveç olub. Onun ardınca siyahıda Finlandiya və Avstriya gəlir. İlk onluğa həmçinin, Estoniya, Norveç, Slovakiya, İslandiya, Latviya, Fransa və Sloveniya daxil olub.

Azərbaycan sözügedən reytinqdə 69-cu olub. Azərbaycan siyahıda Bəhreyn (70-ci yer), Səudiyyə Ərəbistanı (72-ci yer), Özbəkistan (73-cü yer), Tailand (76-cı yer), Cənubi Koreya (78-ci yer), Maldiv adaları (80-ci yer), Küveyt (82-ci yer), Fici (83-cü yer), Qətər (86-cı yer), Dominikana (88-ci yer), Misir (91-ci yer), İndoneziya (92-ci yer) və Sinqapur (93-cü yer) kimi ölkələri qabaqlayıb.

Belarus reytinqin 26-cı, Ukrayna 30-cu, Gürcüstan 41-ci, Qazaxıstan 62-ci, Rusiya 65-ci, Türkiyə isə 66-cı pilləsində qərarlaşıb. Türkmənistan, Tacikistan, Qırğızıstan, Ermənistan və Moldova siyahıda yer almayıb. Reytinqin autsayderləri isə Mavriki (97-ci yer), Hindistan (98-ci yer) və Pakistan (99-cu yer) olub.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:APA
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər