21 C
Baku
Saturday, May 4, 2024

Azərbaycan dövlət büdcəsinin gəlirləri 3,5%, xərcləri 7,3% artırılır

Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 mln. manat, xərcləri 24 780,1 mln. manat proqnozlaşdırılır.

Banker.az Reporta istinadla bildirir ki, bu barədə 2019-cu il dövlət bücdə zərfinə istinadən xəbər verir.

2019-cu il dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 316,0 mln. mantı və ya 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların , 11 364,3 mln. manatı və ya 49,6%-i ARDNF-dan transfertlərin, 3451,6 mln. manatı və ya 15,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 mln. manatı və ya 3,4%-i isə digər gəlkirlərin payına düşür.

Beynəlxalq maliyyə qurumları tərəfindən növbəti il üçün xam neftin 1 barrelinin 60-70 dollar ətrafında proqnozlaşdırılması və digər qlobal amilləri nəzəərə almaqla 2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanamasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.

Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər çıxılmaqla dövlət büdcəsinin gəlirləri 11 553,2 mln. manat təşkil edir ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 3,3%, 2017-ci ilin icrası ilə müqayisədə 10,9% çoxdur.

2019-cu il dövlət büdcəsinin gəlirlərinin 59,8%-i və ya 13 700,3 mln. manatı neft sektorunun 40,2%-i və ya 9217,2 mln. manatı qeyri-neft sektorunun payına düşür. 2018-ci ilin proqnozu ilə müqayisədə neft sektorunun gəlirləri 2,7% çox, qeyri-neft sektorunun gəlirləri isə 4,7% çoxdur.

Qeyd edək ki, 2018-ci il dürüstləşmiş dövlət büdcəsinin gəlirləri 22 149,0 mln. manata, xərclər 23 100,0 mln. manat təşkil edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər