10 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

Azərbaycan dövlət büdcəsinin qalığı ₼213 milyona düşüb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 5 736.4 milyon manat, xərcləri isə 5 523.7 milyon manat təşkil edib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 26.6% az və 5.1% çoxdur.

Son nəticədə büdcədə 212.7 milyon manat qalıq yaranıb. Xatırladaq ki, yanvar-fevral aylarının yekununda büdcə qalığı 559.6 milyon manat olmuşdu.

Son xəbərlər
Oxşar xəbərlər