28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan Dövlət Neft Fondu bu gün banklara daha 48 mln. dollar satıb

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.

Fonddan Trendə verilən məlumata görə, bu vəsaitdən 41,4 milyon ABŞ dolları məbləğində vəsait 7 banka və 7 milyon ABŞ dolları məbləğində vəsait isə Azərbaycan Respublikası Mərkəzi Bankına satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Son xəbərlər
Digər xəbərlər