25 C
Baku
Sunday, July 21, 2024

Azərbaycan dövlətinin da payı olduğu bank 20 mln. avro mənfəət əldə edib

Azərbaycanın da payı olduğu “Qara Dəniz Ticarət və İnkişaf Bankı” (QDTİB) 2023-cü ildə mənfəətə çıxıb.

Banker.az xəbər verir ki, bu barədə şirkətin illik audit hesabatında qeyd edilir.

Hesabata əsasən, 2023-cü ildə QDTİB 20.41 milyon avro və ya 38.39 milyon Azərbaycan manatı həcmində* mənfəət əldə edib. Halbu ki, beynəlxalq maliyyə təşkilatı öncəki ili 27.59 milyon avroluq zərər etmişdi.

Hesabat müddəti ərzində, QDTİB-in faiz gəlirləri 8 faiz azalaraq 139.41 milyon avroya düşüb.

Bankın aktivləri həcmi illik müqayisədə 26% azalaraq 2 milyard 168.88 milyon avroya düşüb. Aktvivlərin 1 milyard 519.71 milyon avrosu müştərilərə verilmiş kreditlərdir və aktivlərin azalmasında əsas faktor da bankın bu portfelidir. Portfel son bir ildə 23% azalıb.

QDTİB Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələri – Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, UkraynaYunanıstanın yaratdığı beynəlxalq maliyyə kredit təsisatıdır. Nizamnamə kapitalı 3.45 milyard avro olan Bankda Azərbaycan öz payını 2008-ci ildə 2 %-dən 5 %-ə çatdırıb.

* Azərbaycan Mərkəzi Bankı: EUR/AZN 1.8811 AZN (31.12.2023)

Ölkə Səhmdarların payı
Yunanıstan 16.5%
Rusiya 16.5%
Türkiyə 16.5%
Rumıniya 14.0%
Bolqarıstan 13.5%
Ukrayna 13.5%
Azərbaycan 5.0%
Albaniya 2.0%
Ermənistan 1.0%
Gürcüstan 0.5%
Moldova 0.5%

 

Son xəbərlər
Digər xəbərlər