20 C
Baku
Saturday, May 25, 2024

Azərbaycan dünyada benzinin qiymətinin ən aşağı olduğu ölkələr sırasında qalır

Dünyada benzinin orta qiyməti 1 litr üçün 1,35 ABŞ dolları təşkil edir.

Bu barədə məlumat həftəlik “Global Petrol Prices” hesabatında yer alıb. Hesabata görə, benzinin ən bahalı qiyməti Honq-Konqda litr üçün 3,212 ABŞ dolları olub. Benzinin aşağı qiymətləri reytinqində birinci yeri litri 0,029 ABŞ dolları ilə İran tutub. TOP 3-ə həmçinin Liviya (litr üçün 0,031 ABŞ dolları) və Venesuela (0,035 ABŞ dolları) daxildir.

İlk onluqda 8-ci yerdə Türkmənistan litri 0,428 ABŞ dolları ilə qərarlaşıb.TOP 15-də Qazaxıstan – 13-cü yeri (1 litr üçün 0,554 ABŞ dolları) və Azərbaycan – 15-ci yeri (litr üçün 0,588 ABŞ dolları) tutub.

16-cı yerdə Rusiya litr üçün 0,609 ABŞ dolları ilə qərarlaşıb.

Azərbaycanda “Aİ-92” markalı avtomobil benzini hazırda yalnız BNEZ-də istehsal olunur. Onun pərakəndə satış qiyməti litri 1 manatdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər