23 C
Baku
Sunday, July 3, 2022

Azərbaycan dünyanın ən ucuz 50 ölkəsi siyahısında yer alıb

Dünyanın “Ən ucuz 50 ölkəsi” siyahısında Azərbaycan 23-cü yerdədir.

“Haberturk” xəbər verir ki, bu siyahını “GoBankingRates.com” saytı tərtib edib.

Siyahı hazırlanarkən, ölkələrdəki mənzil kirayəsi, alış-veriş xərcləri nəzərə alınıb. Ucuzluq ABŞ-ın Nyu-York şəhəri ilə müqayisə edilərək müəyyənləşdirilib.

Siyahıda birinci yerdə Cənubi Afrika Respublikası, sonuncu yerdə isə Belarus yer alıb. Həmin siyahıda Ukrayna 24-cü, Gürcüstan 29-cu, Türkiyə 31-ci, Rusiya 39-cu, Ermənistan isə 42-ci yerdədir.

Report

Son xəbərlər
Oxşar xəbərlər